15:59 - 16.05.2018
16 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq yaranır.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına əsasən, sabah qurumlar əməkdaşlıq haqqında memorandum imzalayacaqlar.
“Əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edəcək memorandum, komitələrin rəhbərləri Kərəm Həsənov və Samir Nuriyev tərəfindən imzalanacaq”, - məlumatda belə deyilir.
Memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, innovasiyaların tətbiqidir.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026