12:35 - 12.10.2017
Bu gün Bakıda “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017” öz işinə başladı.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) prezidenti Rövnəq Abdullayev sammitin gedişatında bildirdi ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə Yeni Əsrin müqaviləsinin Azərbaycan üçün əlverişli şərtlərə imzalanması ölkənin iqtisadi gücü haqqında xəbər verir.
“Birinci Əsrin müqaviləsinin imzalanması zamanı, 1994-cü ildə, bu blokun ehtiyatları 510 milyon tonla qiymətləndirilirdi. 1997-ci ildən, yəni 20 il ərzində AÇG-də hasilat işləri aparılır və müəyyən edilmişdir ki, yataqda hələ 550 milyon tona qədər hasil olunmamış neft var”, - R.Abdullayev belə dedi.
Azərbaycan qazının Avropaya Cənub dəhlizi vasitəsi ilə çatdırılması haqqında, SOCAR-ın prezidenti bildirib ki, bütün seqmentlər üzrə layihə çərçivəsində işlər təyin edilmiş qrafik üzrə gedir.