16:31 - 21.01.2019
21 yanvar, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) daha bir ixrac missiyası təşkil edir.
AZPROMO-dan bildirildiyi kimi, missiya mart ayında Varşavaya təşkil olunacaq.
“Missiyada iştirak üçün sənəd qəbulu elan olunub. İxrac missiyasının səfəri 6-10 mart tarixlərində keçiriləcək. Ərzaq məhsulları, alkoqollu içkilər, tekstil və kosmetik məhsulların istehsalçıları iştirak üçün sənədləri təqdim edə bilərlər”, - bu məlumat AZPROMO-dan təqdim olundu.
Missiyanın iştirakçılarının seçilməsi üçün müsabiqə fevralın 7-də keçiriləcək.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026