Azərbaycan nefti bahalaşıb

10:10 - 15.07.2026


15 iyul Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

Məlumata görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,22  dollar və ya 6,42 % artaraq 86,51 dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.