16:04 - 14.07.2026
14 iyul, Fineko/abc.az. İran ABŞ-ın bu ticarətə verdiyi icazəni ləğv etməsindən sonra da xaricə neft tədarükünü dayandırmayıb.
Bunu İranın neft naziri Mohsen Paknejad bildirib.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti ilə işləməyə verilmiş lisenziyanın ləğv olunduğunu elan etmişdi. Onun əvəzinə yeni sənəd qəbul edilib ki, bu da yeni müqavilələrin bağlanmasını qadağan edir və mövcud sazişlərin 17 iyuladək başa çatdırılmasını tələb edir.
“60 günlük icazənin ləğvinə baxmayaraq, neft ixracı əvvəlki kimi davam edir, heç bir problem yaranmayıb”, — deyə nazir bildirib.
Paknejad həmçinin vurğulayıb ki, Tehran sanksiyaların təsirini neytrallaşdırmaq üçün əvvəlcədən mexanizm yaradıb və ABŞ lisenziyasının tətbiqi və sonradan ləğv olunmasına baxmayaraq, onu qoruyub saxlayıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026