Türkiyə Fars körfəzi nefti üçün yeni alternativ marşruta çevrilir

11:13 - 15.07.2026


15 iyul, Fineko/abc.az. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankara və Bağdadın İraq-Türkiyə neft kəməri (ITP) üzrə yeni saziş imzalanması istiqamətində danışıqlar apardığını açıqlayıb.

Məlumata görə, yeni razılaşma əldə olunarsa, bu marşrutla İraq neftinin nəqli sutkada 750 min barelə qədər artırıla bilər. Hörmüz boğazında naviqasiyanın tamamilə dayanması İraq üçün alternativ ixrac yollarını həyati dərəcədə vacib edib. Cari ilin ilk dörd ayında İraqın büdcə kəsiri kəskin neft ixracı azalması səbəbindən ötən illə müqayisədə 68% artaraq 11 trilyon dinara (təxminən 7,3 milyard dollar) çatıb. Belə bir vəziyyətdə Türkiyə infrastrukturu Fars körfəzi ölkələrinin neftini təhlükəli dəniz dəhlizlərindən kənar keçməklə birbaşa Aralıq dənizi sahillərinə çatdırmaq üçün əsas alternativ enerji dəhlizinə çevrilir.