11:12 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Azərbaycan Orta Dəhliz marşrutundakı strateji mövqeyi sayəsində Mərkəzi Asiyada iqtisadi mövcudluğunun genişləndirilməsində Argentina üçün mühüm halqa ola bilər.
Bu barədə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov Argentinanın "Diafanís" jurnalına müsahibəsində bildirib.
"Argentinanın birbaşa ticarət tərəfdaşı rolundan əlavə, Azərbaycan həmçinin onun Mərkəzi Asiyada iqtisadi mövcudluğunun genişləndirilməsində mühüm rol oynaya bilər. Azərbaycanın Orta Dəhlizin - Asiya və Avropanı quru yolu ilə birləşdirən Transxəzər marşrutunun mərkəzində strateji yerləşməsi ölkəni nəqliyyat bağlantısına dair regional və qlobal layihələrin əsas iştirakçısına çevirir", - diplomat qeyd edib.
©Report
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026