12:05 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Çin uzun müddətdir irəli sürdüyü (ŞƏT) İnkişaf Bankının yaradılması təşəbbüsü üzrə Rusiyanın razılığını əldə edib.
The Wall Street Journal (WSJ) qəzetinin Çin rəsmiləri və diplomatlara istinadən yaydığı məlumata görə, yeni maliyyə institutunun əsas hesablaşma valyutası Çin yuanı olacaq.
Bildirilir ki, bankın Mərkəzi Asiyada investisiya və infrastruktur layihələrinin maliyyələşdirilməsində mühüm rol oynaması nəzərdə tutulur. Mənbələrin sözlərinə görə, Moskva uzun illər bu təşəbbüsə ehtiyatla yanaşsa da, indi layihəyə dəstək verməyə razılıq verib.
Ekspertlərin fikrincə, bu addım yuanın beynəlxalq hesablaşmalarda rolunun artmasına və Çinin ŞƏT məkanında iqtisadi təsirinin daha da güclənməsinə səbəb ola bilər.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026