09:54 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Çərşənbə günü ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri artır.
Saat 09:52-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçersinin qiyməti $0,65 (0,77%) artaraq bir bareli $85,38 təşkil edib. 14 iyul ticarətinin yekunlarına əsasən, "Brent" neftinin sentyabr fyuçersi $1,43 (1,72%) bahalaşaraq bir bareli $84,73-a çatmışdı.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin avqust fyuçersinin qiyməti saat 09:52-yə qədər $0,43 (0,54%) artaraq bir bareli $79,77 təşkil edib. 14 iyul ticarətinin yekunlarına görə, "WTI" neftinin avqust fyuçersinin qiyməti $1,20 (1,54%) yüksələrək bir bareli $79,34 olmuşdu.
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti $5,22 (6,42%) artaraq bir bareli $86,51 təşkil edib.

15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026