Çindən ayrılma Qərbə 23,6 trilyon dollara başa gələ bilər

12:03 - 13.07.2026


13 iyul, Fineko/abc.az. ABŞ və Avropa ölkələri Çindən iqtisadi asılılığı azaltmaq üçün 25 il ərzində təxminən 23,6 trilyon dollar investisiya qoymalı olacaqlar.

Bu barədə Financial Times EY-Parthenon-a istinadən xəbər verir. Bu məbləğin 13,7 trilyon dolları ABŞ-ın, 9,1 trilyon dolları Avrozonanın, 800 milyard dolları isə Böyük Britaniyanın payına düşəcək.

Orta illik investisiyalar təxminən 940 milyard dollar təşkil edəcək: ABŞ ildə təxminən 550 milyard dollar, Avropa İttifaqı isə mövcud xərclərindən demək olar ki, iki dəfə çox vəsait ayırmalı olacaq. Bu vəsaitlər yeni istehsal və logistika zəncirlərinin qurulmasına, infrastrukturun inkişafına, elmi-tədqiqat işlərinə və Çin proqram təminatının əvəzlənməsinə yönəldiləcək.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu proses qiymətlərin artmasına səbəb ola bilər: Avropada bəzi sahələrdə qiymətlər 1–2,5% arta bilər, çünki Çin məhsulları Qərbdəkindən 20–100% daha ucuzdur. Həmçinin faiz dərəcələrinin artması da mümkündür.

Analitiklər qeyd edirlər ki, qısa müddətdə Çindən tam asılılığın aradan qaldırılması real deyil. Bunun səbəblərindən biri də Çinin nadir torpaq metalları və əczaçılıq məhsullar da daxil olmaqla, mühüm resursların tədarükü üzərində nəzarətidir.