16:51 - 7.07.2026
7 iyul, Fineko/abc.az. “Türk iqtisadi icmalı”nın cari ilin ilk rübünə dair hesabatında Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin ticarət dövriyyəsi, həmçinin sənaye və kənd təsərrüfatı sektorlarındakı artım templəri açıqlanıb.
Ticarət dövriyyəsində lider ölkələr:
• Türkiyə: 155 milyard 122 milyon dollar ilə təşkilatda mütləq liderdir.
• Macarıstan: 87 milyard 445 milyon dollar
• Qazaxıstan: 32 milyard 908 milyon dollar
• Özbəkistan: 18 milyard 23 milyon dollar (Özbəkistan və Qırğızıstanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı qeydə alınıb).
Sənaye sektorunda artım templəri: Genişmiqyaslı istehsal və infrastruktur layihələrinin təsiri ilə sənayedə ən yüksək inkişaf templəri aşağıdakı ölkələrdə müşahidə olunub:
• Qırğızıstan: %14,0
• Şimali Kipr (ŞKTR): %9,2
• Özbəkistan: %8,0
• Türkmənistan: %2,4
• Türkiyə: %1,1
Kənd təsərrüfatı sektorunda inkişaf: Aqrar sektorda ən güclü artım göstəriciləri Şimali Kiprin payına düşüb:
• Şimali Kipr (ŞKTR): %7,9
• Özbəkistan: %5,1
• Qazaxıstan: %3,4
• Qırğızıstan: %2,8
• Türkiyə: %2,7