16:38 - 9.07.2026
9 iyul, Fineko/abc.az. “Veysəloğlu Şirkətlər Qrupuna” daxil olan “Araz Supermarket” MMC barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı növbəti inzibati xəta haqqında protokol tərtib edilib.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərtib edib.
Məlumata görə, qida məhsulu üzərində göstərilən qiymətdən daha baha qiymətə satılıb. Bununla bağlı inzibati xəta haqqında protokol 18 iyun 2026-cı il tarixində rəsmiləşdirilib.
Aşkar edilmiş pozuntu “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Hüquq pozuntusu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi – malın hesabına dair istehlakçıların az miqdarda aldadılması üzrə rəsmiləşdirilib.
Eyni hüquq pozuntusuna görə “Araz Supermarket” MMC barəsində bundan əvvəl də inzibati xəta haqqında protokollar tərtib edilib. Belə ki, şirkət barəsində 22 yanvar və 15 aprel 2026-cı il tarixlərində də qida məhsullarının üzərində göstərilən qiymətdən baha satılması faktlarına görə protokollar rəsmiləşdirilmişdi.