Bu gündən Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək

10:07 - 9.07.2026


9 iyul, Fineko/abc.az. Bu gündən, iyulun 20-dək Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.

Nu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Məlumata görə, Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Həmçinin bu gündən etibarən iyulun 20-nə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.