Neft bahalaşır: Brent bir barel üçün 76,33 dollar təşkil edir

09:21 - 8.07.2026


8 iyul, Fineko/abc.az. Çərşənbə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markalarını qiymətləri artır.

Verilən məlumata görə, Bakı vaxtı ilə saat 09:17-yə olan vəziyyətə əsasən, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersinin qiyməti 2,17 dollar (2,93%) artaraq bir barel üçün 76,33 dollar təşkil edib. İyulun 7-də keçirilən ticarət sessiyasının yekunlarına görə isə bu müqavilənin qiyməti 2,17 dollar (3,01%) bahalaşaraq bir barel üçün 74,16 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersinin qiyməti saat 09:17-yə qədər 2,08 dollar (2,95%) yüksələrək bir barel üçün 72,52 dollara çatıb. İyulun 7-də baş tutan ticarət sessiyasının nəticələrinə görə isə müqavilə 1,89 dollar (2,76%) bahalaşaraq bir barel üçün 70,44 dollar təşkil etmişdi.

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə $1,95 (2,65%) artaraq bir barel üçün $75,66-a yüksəlib.