10:02 - 3.07.2026
3 iyul, Fineko/abc.az. “Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin direktoru vəzifəsindən ayrılır.
Bu, 2023-cü ilin dekabrından kredit təşkilatına rəhbərlik edən Fatimə Nuri Məmmədbağır qızıdır.
Onun yerinə hələ ki hər hansısa təyinat baş tutmayıb.
2023-cü ilədək isə BOKT-nin direktoru Azər Namazov Veysəl oğlu idi.
Xatırladaq ki, İDK 2011-ci ildə yaradılıb və 898 000 manat nizamnamə kapitalı var. BOKT-un təsisçisi 100 % Əliyar Əsgərovdur.