Neft bahalaşır: Brent 72,27 / barel dollar təşkil edir

09:32 - 3.07.2026


3 iyul, Fineko/abc.az. Cümə günü keçirilən ticarət əməliyyatları zamanı neftin etalon markaların qiymətləri artır.

Saat 09:25-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin sentyabr fyuçersinin qiyməti 0,47 dollar (0,65%) artaraq bir barel üçün 72,27 dollar təşkil edib. 2 iyul tarixində keçirilən ticarət sessiyasının yekununda bu müqavilənin qiyməti 0,23 dollar (0,32%) bahalaşaraq bir barel üçün 71,80 dollar olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin avqust fyuçersinin qiyməti saat 09:25-ə qədər 0,36 dollar (0,52%) yüksələrək bir barel üçün 69,05 dollar təşkil edib. 2 iyul ticarət əməliyyatlarının yekununda bu müqavilənin dəyəri 0,11 dollar (0,16%) artaraq bir barel üçün 68,69 dollar olub.

Azərbaycanın "Azeri Light" neftinin qiyməti isə 0,65 dollar (0,90%) azalaraq bir barel üçün 71,81 dollar təşkil edib.