09:33 - 29.06.2026
29 iyun, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə qeydə alınan enişdən sonra etalon markaların qiymətləri bazar ertəsi günü keçirilən hərraclarda artır.
Saat 09:27-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin avqust fyuçersinin qiyməti $0,21 (0,29%) yüksələrək bir bareli üçün $72,20 təşkil edib. İyunun 26-da baş tutan hərracların yekununda müqavilənin qiyməti $3,27 (4,34%) ucuzlaşaraq bir bareli üçün $71,99-a enmişdi.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin avqust fyuçersi saat 09:27-yə qədər $0,58 (0,84%) bahalaşaraq bir bareli üçün $69,81 olub. İyunun 26-da keçirilən hərracların yekununda WTI fyuçersinin qiyməti $2,69 (3,74%) azalaraq bir bareli üçün $69,23-ə düşmüşdü.
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə $3,01 (3,89%) azalaraq bir bareli üçün $74,36 təşkil edib.
Ötən həftə "Brent" markalı neft 10,65%, WTI nefti 8,73%, "Azeri Light" isə 10,36% ucuzlaşıb.
