SOCAR rəqəmsal texnologiyalar sahəsində yeni layihələrə investisiya yatırır - Rövşən Nəcəf

10:35 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq.

ABC.AZ xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrdə bildirib.

O qeyd edib ki, SOCAR fəaliyyət istiqamətlərini genişləndirərək enerji və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrə investisiya yatırır:

"SOCAR fəaliyyətə neft şirkəti kimi başlayıb, daha sonra neft-qaz şirkətinə, sonrakı mərhələdə isə bərpa olunan enerji mənbələrini və kombinə edilmiş qaz-turbin elektrik stansiyalarını portfelinə daxil etməklə enerji şirkətinə çevrilib. Şirkətin növbəti inkişaf mərhələsi data mərkəzləri və süni intellekt infrastrukturu sahəsi ilə bağlıdır. Enerji sektorundakı bir çox şirkətlər kimi, biz də data mərkəzləri və süni intellekt sahəsinə investisiya yatırırıq. Uzunmüddətli perspektivdə rəqabətqabiliyyətli qalmaq üçün bu istiqamət strateji əhəmiyyət daşıyır".