15:34 - 25.05.2026
25 may, Fineko/abc.az. Rusiya enerji resurslarının, xüsusilə də müttəfiqləri və tərəfdaşları üçün, o cümlədən Ermənistan üçün etibarlı təchizatçısı olaraq qalır.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Rusiyanın qazına tətbiq olunan güzəştli qiymətlər, Ermənistan bu ittifaqdan çıxacağı təqdirdə, bazar şərtlərinə keçə bilər. Digər inteqrasiya birliklərində isə qiymətlərin artıq bazar prinsipi ilə formalaşdığı vurğulanıb.
Peskov həmçinin bildirib ki, Ermənistanın gələcək iqtisadi inteqrasiya kursu açıq qalır və yekun qərarın, erməni rəhbərliyinin açıqlamasına görə, referendum vasitəsilə qəbul olunması mümkündür.