“Aqroinnova” MMC nizamnamə kapitalından 300 000 manatını geri götürür

12:29 - 20.05.2026


20 may, Fineko/abc.az. “Aqroinnova” MMC nizamnamə kapitalının 300 000 AZN həcmində azaldığını elan edir.

ABC.AZ xəbər verir ki, kreditorlar öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, Mirvari y/k, A bloku, 3-cü mərtəbə ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Aqroinnova” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2 192 500 AZN təşkil edir və qanuni təmsilçisi Emil Sultanovdur.