“TVM İnşaat” MMC bu dəfə nizamnamə kapitalını 1,2 milyon manat azaldır

15:26 - 19.05.2026


19 may, Fineko/abc.az. “TVM İnşaat” MMC yenidən nizamnamə kapitalını azaldır.

ABC.Aaz xəbər verir ki, “TVM İnşaat” MMC nizamnamə kapitalını 10 manata azaldığını elan edir.

Xatırladaq ki, “TVM İnşaat” şirkəti bundan əvvəl nizamnamə kapitalını 1 189 610 manata azaldığını elan etmişdir.

Belə ki, MMC-nin nizamnamə kapitalı 1 189 600 manat azaldılıb.

Onu da qeyd edək ki, inşaat şirkətinin qanuni təmsilçisi Musa Ağayevdir.