11:39 - 15.05.2026
15 may, Fineko/abc.az. "Azerbaijan Organic Company" MMC fəaliyyətinə xitam verilərək "Azerbaijan Poultry Company" MMC-yə qoşulur.
ABC.AZ Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar ikinci yenidən təşkil edilir.
"Azerbaijan Poultry Company" 2012-ci ildə ləğv edilmiş "Ucar Aqro" MMC-nin bazasında yaradılıb, "PAŞA Holdinq" MMC-yə daxildir.
Onun nizamnamə kapitalı 74 455 200 manatdır.
Şirkət "Mərcan" markalı toyuq ətinin istehsalı ilə məşğuldur.
10 İyul 2026
10 İyul 2026