Ölkənin aparıcı toyuq istehsalçısı yenidən təşkil edilir

11:39 - 15.05.2026


15 may, Fineko/abc.az. "Azerbaijan Organic Company" MMC fəaliyyətinə xitam verilərək "Azerbaijan Poultry Company" MMC-yə qoşulur.

ABC.AZ Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, bununla əlaqədar ikinci yenidən təşkil edilir.

"Azerbaijan Poultry Company" 2012-ci ildə ləğv edilmiş "Ucar Aqro" MMC-nin bazasında yaradılıb, "PAŞA Holdinq" MMC-yə daxildir.

Onun nizamnamə kapitalı 74 455 200 manatdır.

Şirkət "Mərcan" markalı toyuq ətinin istehsalı ilə məşğuldur.