11:42 - 6.04.2026
6 aprel, Fineko/abc.az. ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (USTDA) 15–22 aprel tarixlərində Azərbaycana missiya səfəri təşkil edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq USTDA-dan bildirilib.
“USTDA-nın Azərbaycana planlaşdırılan missiya səfərinin əsas məqsədi ölkə hökuməti ilə yerli infrastruktur sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Əsas potensial istiqamətlərə enerji və rəqəmsal infrastruktur daxildir. USTDA-nın Azərbaycan üzrə meneceri agentlik tərəfindən maliyyələşdirilən texniki ekspertlər qrupuyla birlikdə səfərə qatılacaq, aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşərək agentliyin dəstək verə biləcəyi potensial layihələri müzakirə edəcək. Səfərin təsdiqlənmiş tarixləri - 15–22 apreldir”, – agentlikdən qeyd edilib.
USTDA-da vurğulanıb ki, səfərin məqsədi infrastruktur layihələrinin yerli iştirakçıları, ilk növbədə dövlət nümayəndələri ilə qarşılıqlı əlaqə qurmaq və birgə əməkdaşlıq imkanlarını araşdırmaqdır.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026