16:56 - 1.04.2026
1 aprel, Fineko/abc.az. Coca-Cola 2030-cu ilə qədər Cənubi Afrikada yerli şüşə doldurma tərəfdaşları ilə birlikdə istehsal və paylama şəbəkəsinin genişləndirilməsinə 17,6 milyard rand (1 milyard ABŞ dolları) sərmayə yatıracaq.
ABC.AZ xəbər verir ki, bu investisiyalar Afrikadakı biznesin yenidən təşkili və dəyəri 2,6 milyard dollar qiymətləndirilən Coca-Cola Beverages Africa şirkətinin 75%-nin alınması ilə bağlıdır.
Cənubi Afrika Respublikası şirkət üçün əsas bazarlardan biri olaraq qalır: sistem təxminən 7,8 min birbaşa və 79 mindən çox dolayı iş yerini təmin edir.