Toyota 2026-cı ilin fevralında istehsal və satışları azaltdı

10:52 - 31.03.2026


31 mart, Fineko/abc.az. Toyota Motor Corporation 2026-cı ilin fevral ayında qlobal istehsalını 3,9% azaldaraq 749,7 min avtomobilə endirib. Şirkət Çin və Yaponiyada zəif nəticələr fonunda ardıcıl dördüncü ay azalma qeydə alınıb.

ABC.AZ xəbər verir ki, xaricdə istehsal 4,6% azalıb. Xüsusilə Çində (–11,5%) və Kanadada (–46,2%) kəskin eniş müşahidə olunub. ABŞ-da isə hibrid avtomobillərə olan tələbatın artması nəticəsində istehsal 3,4% yüksəlib. Yaponiyada istehsal 2,6% azalıb.

Şirkətin satışları da 3,3% azalaraq 737,1 min avtomobil təşkil edib. Ən böyük eniş Çində (–13,9%) və Yaponiyada (–8,3%) qeydə alınıb. ABŞ bazarında isə satışlar 3,2% artıb.