ByteDance kapitallaşması AI bumu fonunda 550 milyard dollara çata bilər

10:24 - 27.02.2026


27 fevral, Fineko/abc.az. TikTok platformasının sahibi olan ByteDance, kapitallaşmasını 550 milyard dollara qədər artıra bilər.

ABC.AZ Reuters-ə istinadən xəbər verir ki, yeni qiymətləndirmə General Atlantic investisiya fondunun pay satışına dair razılaşmasına əsaslanır.

Son altı ayda şirkətin dəyəri 66% artaraq 330 milyard dollardan hazırkı səviyyəyə yüksəlib. Buna süni intellekt sahəsində layihələrə artan maraq təsir göstərib. ByteDance Aİ bazarında mövqeyini genişləndirir və öz sürətləndiricilərini hazırlamağı planlaşdırır.

Şirkət ötən il təxminən 48 milyard dollar mənfəət əldə edib və səhmlərinə böyük beynəlxalq investorlar maraq göstərir.