Daha bir xarici şirkət Azərbaycandan gedir

17:33 - 26.02.2026


26 fevral, Fineko/abc.az. “ILF Beratende Ingenieure AG” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

ABC.AZ-ın məlumatlna görə, kreditorlar iki ay müddətində öz tələblərini AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, mənzil 133 ünvanına təqdim edə bilərlər.

ILF Beratende Ingenieure AG Avstriyada qeydiyyatdan keçmiş beynəlxalq mühəndislik və konsaltinq şirkətidir.