15:04 - 2.11.2017
Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) oktyabrda Novorossiysk limanından 84 min 975 ton xam neft ixrac edib.
ARDNŞ-nin məlumatında deyildiyi kimi, Supsa limanından 261 min 397 ton, Ceyhan limanından isə 1 milyon 201 min 812 ton xam neft ixrac edilmişdir.
“Ümumilikdə, Novorossiysk limanından yanvar-oktyabr aylarında 1 milyon 242 min 679 ton, Supsa limanından 2 milyon 12 min 209 ton, Ceyhan limanından isə 13 milyon 966 min 348 ton xam neft ixrac edilmişdir”, - məlumatda belə deyilir.