11:06 - 13.08.2018
13 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərracların təşkilini davam etdirir.
Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac sentyabrın 11-də keçiriləcək.
“Hərraca 47 dövlət əmlakı çıxarılacaq. Onlardan 20-si səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi və 5-i isə nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, obyektlər Bərdə, Oğuz, Salyan, Şəki və digər regionlarda yerləşir.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026