13:08 - 16.07.2018
16 iyul, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirəcək.
Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac 14 avqust tarixində keçiriləcək.
“Hərraca 192 obyekt, o cümlədən 97 kiçik dövlət müəssisəsi və obyekti, 60 qeyri-yaşayış sahəsi, 16 nəqliyyat vasitəsi çıxarılacaq”, - məlumatda belə deyilir.
9 İyul 2026
9 İyul 2026
10 İyul 2026