Vergi ödəyicilərinin sayı 5,1 faiz çoxalıb

17:12 - 9.07.2026


9 iyul, Fineko/abc.az 2026-cı il iyulun 1-nə Azərbaycanda uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 713.9 minə çatıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5.1% çoxdur. Vergi ödəyicilərinin 86.8%-i fiziki şəxslər, 13.2%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. İllik müqayisədə fiziki şəxslərin sayı 5%, hüquqi şəxslərin sayı isə 6.1% artıb.

Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Eyni tarixə qeydiyyatda olan kommersiya qurumlarının sayı 210.4 min təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.8% çoxdur.

Bununla belə, kommersiya qurumlarının artım tempi əvvəlki illə müqayisədə zəifləyib.

Belə ki, 2025-ci il iyulun 1-nə onların sayı illik müqayisədə 8.1% artaraq 197 minə çatmışdı. Hüquqi şəxslərin sayındakı artım tempi də 7.7%-dən 6.1%-ə enib, əvəzində vergi ödəyicilərinin ümumi sayında artım 4.8%-dən 5.1%-ə yüksəlib.