15:45 - 30.10.2017
Avropa İnvestisiya Bankı (EIB) Trans-Anadolu qaz boru kəmərinin (TANAP) maliyyələşdirilməsinə kredit ayıracaq.
TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol “Anadolu” Türkiyə agentliyinə müsahibəsində bildirib ki, Avropa İnvestisiya Bankı yaxın zamanda “Cənub Qaz Dəhlizi” QSC-nə və BOTAS-a ümumilikdə $1,3 milyard ayıracaq.
“Belə qərar, Avropa Yenidənqurma və İnkişaf Bankının tərəfindən TANAP-a $500 milyon ayırdığından sonra qəbul edilib. Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankı $2,5 milyard ayırıblar. Konsorsium borcun zəmanətli qaytarılması üçün model tərtib edib ki, bu da maliyyə institutlarının işini əhəmiyyətli dərəcədə yüngülləşdirir”, - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, indiyə qədər layihəyə dair bütün kredit razılaşmaları üzrə $3,950 milyard cəlb edilmişdir.
Razılaşmaya əsasən, “Cənub Qaz Dəhlizi” QSC-nin TANAP layihəsində iştirak payı 20%, “BP”in - 20%, “Snam”ın iştirak payı 20%, “Fluxys”un iştirak payı 19%, “Enagás”ın - 16% və “Axpo”nun iştirak payı 5% təşkil edir.