14:04 - 22.09.2022
22 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, sərəncama əsasən, Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılacaq.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
9 İyul 2026
9 İyul 2026
10 İyul 2026