15:14 - 29.06.2022
29 iyun, Fineko/abc.az. Bu ilin may ayında 31 862 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, onlardan 3 856 fərdi yaşayış və bağ evidir.
Hesabat dövründə mülkiyyət hüququnun qeydiyyatı aparılan mənzil sayı isə 6 744 olub.
Dövlət Xidmətinin məlumatına əsasən, 20 344 torpaq sahəsi üzərində də analoji qeydiyyat aparılıb.
10 İyul 2026
10 İyul 2026