17:10 - 24.06.2022
24 iyun, Fineko/abc.az. 29 iyun 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Texnikabank" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
ABC.AZ xəbər verir ki, daşınmaz əmlak, Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 17 ünvanında yerləşən (ü/s 284.40 kv.m) qeyri-yaşayış sahəsidir. Əmlakın ilkin satış qiyməti 60000 manatdır. Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir.
Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
10 İyul 2026
10 İyul 2026