Nazir onu işdən çıxardı - Detallar

11:52 - 28.03.2022


28 mart, Fineko/abc.az. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini işdən çıxarılıb.

ABC.AZ xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə Teymur Qoşqar oğlu Əhmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Teymur Əhmədov başqa işə keçmək üçün öz ərizəsi ilə vəzifəsindən çıxarılıb.