Təhsil nazirindən yeni təyinat

17:16 - 14.02.2022


14 fevral, Fineko/abc.az. 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə yeni direktor təyin olunub.

ABC.AZ-ın məlumatına görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Yeganə Məmmədəliyeva təyinat alıb.

Qeyd edək ki, Y.Məmmədəliyeva bu təyinatadək 4 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini vəzifəsində çalışıb.