14:58 - 12.02.2018
12 fevral, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının obyektlərinin özəlləşdirilməsi üzrə hərraclar keçirməyi davam edir.
Dövlət Komitəsindən verilən məlumata əsasən, növbəti hərrac martın 13-nə təyin olunub.
“Hərraca 90 obyekt çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3596
10 İyul 2026