16:23 - 14.09.2020
14 sentyabr, Fineko/abc.az. "MİDA" MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərbində 18,8 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin layihəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderin qalibi müəyyənləşib.
ABC.AZ-ın məlumatına görə, tenderin qalibi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutu olan "Azərdövlətlayihə"-dir.
Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus "MİDA" MMC artıq qalib şirkətlə məbləği 637,6 min manat olan müqavilə bağlayıb.
9 İyul 2026
9 İyul 2026