14:39 - 9.06.2020
9 iyun, Fineko/abc.az. Azərbaycanda koronavirusa yoluxanların 49,5 faizi Bakının payına düşür.
ABC.AZ trend-ə istinadən xəbər verir ki, ölkə üzrə ikinci ən çox yoluxma Gəncə-Qazax zonasındadır.
Bu bölgə üzrə göstərici 13,4 faizdir.
Yoluxmanın 10,6 faizi Abşeron yarımadası, 9,5 faizi Aran zonası, 7,3 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 4 faizi xaricdən gələnlərdir.
Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Şəki-Zaqatala, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ bölgəsində, 1,4 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,1 faizdir.
9 İyul 2026
9 İyul 2026