16:25 - 2.07.2026
2 iyul, Fineko/abc.az. Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.