17:15 - 9.10.2017
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə internetin keyfiyyətinin və sürətinin artırılması üzrə tədbirlər görür.
Nazirlikdə deyildiyi kimi, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üzrə işlər aparılır.
Nazirlikdən bildirdilər: “Bu işlər, Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonları üzrə aparılacaq. Bununla bağlı oktyabr ayının 10-dan 11-nə keçən gecə bu rayonlarda saat 02:00-dən saat 08:00-ə qədər internet fasilələrlə veriləcək”.
9 İyul 2026
9 İyul 2026