"Meta" ilk dəfə ödənişli süni intellekt modelini təqdim etdi

20:55 - 9.07.2026


9 iyul, Fineko/abc.az. "Meta Platforms" şirkəti biznes seqmenti üçün nəzərdə tutulmuş və ödənişli əsaslarla fəaliyyət göstərəcək yeni "Muse Spark 1.1" süni intellekt modelini elan edib. Bu addım şirkət üçün yeni gəlir mənbəyinin yaradılması deməkdir.

Şirkətin rəhbəri Mark Zukerberq yeni modelin rəqiblərindən fərqli olaraq qapalı (açıq qaynaqlı olmayan) sistem kimi qurulduğunu və bazarda ən sərfəli qiymət siyasətinə (API sisteminə) malik olacağını bildirib. Qeyd olunub ki, yeni modelin qiyməti "OpenAI" və "Anthropic" kimi rəqiblərin analoji məhsullarından təxminən 75% daha ucuz (maliyyətin 25%-i qədər) olacaq. Tərtibatçılar üçün müəyyən limit daxilində ödənişsiz istifadə imkanı da saxlanılacaq.

Zukerberqin sözlərinə görə, "Muse Spark 1.1" xüsusilə agent funksiyaları (istifadəçi adından çoxmərhələli tapşırıqları icra etmək), proqramlaşdırma və multimodal imkanlar üzrə bir çox kateqoriyalarda "Google"un "Gemini" modelini geridə qoyur. Meta rəhbəri bunu şirkət üçün tarixi bir dönüş nöqtəsi adlandırıb.