14:40 - 10.01.2020
10 yanvar, Fineko/abc.az. Fevralın 11-də nəqliyyat vasitələrinin hərracı keçiriləcək. Artıq hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
ABC.AZ xəbər verir ki, nəqliyyat vasitələri “Zabrat Maşınqayırma Zavodu” və Ali Attestasiya Komissiyasına aiddir.
| S/N | Balans saxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası |
Buraxılış ili |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
| 1. | “Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti |
Daewoo Espero | 1996 | 1500 | 150 |
| 2. | “Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti |
Daewoo Super Salon | 2000 | 2000 | 200 |
| 3. | Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası |
Nissan Maxima | 2006 | 10000 | 1000 |
Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
o Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
o Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
Müəllif: Elmir Murad
10 İyul 2026