11:52 - 23.04.2019
23 aprel, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracı 23 aprel tarixində keçirildi. Hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirildi.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 aprel tarixində keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 92 dövlət əmlakı çıxardılacaq. Bunlardan 22-si səhmdarcəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir.
10 İyul 2026