15:14 - 11.02.2019
11 fevral, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.
Dövlət Komitəsinin məlumatında deyilir ki, martın 12-də keçiriləcək hərracda 51 obyekt təqdim olunacaq.
“Bunlardan 16-sı kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 16-sı səhmdar cəmiyyəti, 7-si isə nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.
Obyektlərlə Dövlət Komitəsinin saytında (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) tanış olmaq olar.
10 İyul 2026