12:25 - 5.02.2019
5 fevral, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində əsaslı tikinti və təmir üzrə yeni qurum yaradılıb.
Yeni qurum, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun əmri ilə yaradılmışdır.
“Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərinin say həddi 16 ştat vahidindən ibarət olacaq və təsərrüfat hesabı əsasında fəaliyyət göstərəcək. Əmlak Məsələləri Dövlət Komitəsinə, MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatı keçməsi üçün tədbirlər görülməsi, Bakı şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb.
9 İyul 2026
9 İyul 2026