10:17 - 13.07.2026
13 iyul, Fineko/abc.az. INMerge Ventures vençur fondu MagicPort startapının 3 milyon dollar cəlb etdiyi Pre-Seed maliyyələşmə raundunda iştirak edib. Fondla yanaşı, investisiya raunduna Sturgeon Capital, Hustle Fund, Everywhere Ventures, Transport Capital, Caucasus Ventures, Scorpa Pranedya və digər investorlar da qoşulub.
MagicPort dəniz daşımaları sahəsində avtomatlaşdırma və analitika üçün platforma hazırlayır. Bu həll port əməliyyatlarının idarə edilməsini, biznes proseslərinin avtomatlaşdırılmasını və əməliyyatların real vaxt rejimində monitorinqini vahid rəqəmsal platformada birləşdirir.
Xidmətdən artıq 80-dən çox ölkədən 300-dən artıq təşkilat istifadə edir. Platforma əl əməyinin həcmini azaltmağa, əməliyyat xətalarının sayını minimuma endirməyə, müştəri xidmətinin keyfiyyətini yüksəltməyə və logistika proseslərinin idarə edilməsini daha effektiv etməyə kömək edir.
INMerge Ventures-də bildiriblər ki, qlobal dənizçilik sektorunun rəqəmsallaşması fonunda MagicPort əməliyyatların idarə edilməsi, analitika, tələblərə uyğunluq alətləri və maliyyə xidmətlərini birləşdirən kompleks platformaya çevrilmək potensialına malikdir.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026