17:28 - 9.07.2026
9 iyul, Fineko/abc.az. “Mitsubishi Motors” istehsalatda insanabənzər robotların birgə hazırlanması və tətbiqi ilə bağlı “Highlanders” ilə memorandum imzalayıb.
Məlumata görə, şirkət robotlardan detalların daşınması və mühərriklərin yığılması üçün istifadə etməyi planlaşdırır. 2027-ci ildən isə Kyoto zavodunda onların istehsalına başlanması və gələcəkdə xarici bazara çıxarılması nəzərdə tutulur. Hədəf aylıq 1 minədək istehsal həcmidir.
Layihə işçi qüvvəsi çatışmazlığının aradan qaldırılması və istehsal proseslərinin modernləşdirilməsinə yönəlib.